...

Perinatal Mərkəzdən gətirilən altı körpənin vəziyyəti ağırdır - KTM

Cəmiyyət Materials 9 Yanvar 2024 14:54 (UTC +04:00)
Perinatal Mərkəzdən gətirilən altı körpənin vəziyyəti ağırdır - KTM
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 9-da saat 05:15 radələrində təcili tibbi yardım maşınları vasitəsilə Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinə Respublika Perinatal Mərkəzindən 15 yenidoğulmuş daxil olub. Onlardan 8-i reanimasiya şöbəsinə, 7-ni isə intensiv nəzarət şöbəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin pediatr-neonotoloqu Aysel Qədimova deyib.

"Altı körpənin vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatında, üçü isə sipap tənəffüs dəstəyindədir. Digər körpələrin müayinə və müalicəsi aparılır. Onların vəziyyəti stabildir. Əlavə ağırlaşmalar olmayıb" , - deyə A.Qədimova qeyd edib.

Pediatr bildirib ki, şöbəyə daxil olanlardan 6-sı qız, 9-u oğlandır. Onlar arasında yanıq xəsarətləri alanlar yoxdur.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti