...

Azərbaycanda qızılcaya yoluxma halları azalır

Cəmiyyət Materials 23 Yanvar 2024 10:07 (UTC +04:00)
Azərbaycanda qızılcaya yoluxma halları azalır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qızılcaya yoluxma halları azalıb.

Bu barədə Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda, qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin yanvar ayından Respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti