...

Daha 3 universitet akkreditasiyadan keçib

Cəmiyyət Materials 23 Yanvar 2024 16:32 (UTC +04:00)
Daha 3 universitet akkreditasiyadan keçib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 23-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən nəlumata görə, iclasda TKTA-nın “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşmış akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq müvafiq qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti