...

Tağı Əhmədov kafedra müdiri vəzifəsindən İSTEFA VERDİ

Cəmiyyət Materials 2 Fevral 2024 14:48 (UTC +04:00)
Tağı Əhmədov kafedra müdiri vəzifəsindən İSTEFA VERDİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işdən ayrılıb.

Bu barədə Trend-ə açıqlamasında universitetin mətbuat katibi Nicat Abdullayev bildirib.

O qeyd edib ki, T.Əhmədovun işdən ayrılma səbəbi səhhətində olan problemlər idi.

"Tağı Əhmədov uzun illər universitetdə çalışıb. Təəssüfki səhhətində olan problemlər fəaliyyətinə davam etməyə imkan vermədi. Ötən ilin dekabr ayında seçki yolu ilə texnika elmləri doktoru, propfessor Qasım Abdullayev həmin vəzifəyə seçilib. Hazırda o fəaliyyətini davam etdirir", - deyə o bildirib.

Xatırladaq ki, ötən il T.Əhmədovun səhhətində ciddi problem yarandığı, ayaqlarının tam tutulduğu, yeriyə bilmədiyi qeyd edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti