...

Axtarışda olan keçmiş məhkum pul və 750 manatlıq dərman oğurladı

Cəmiyyət Materials 6 Fevral 2024 10:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçmiş məhlkum oğurluğa görə tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 678 manatını və “Fiat” markalı bir avtomobildən 750 manat dəyərində dərman vasitələri oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti