Bakı. Trend:
Oxçuçaydan dörd dəfə su nümunəsi götürülüb.
Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.
“Götürülən nümunələrdə yüksək miqdarda ağır metallarla çirklənmə qeydə alınıb. Ermənistanda fəliyyət göstərən müəssisələrdən Oxçuçay çirkləndirilir.
İşğalaqədərki dövrdə 17 hidroloji, 9 metereoloji stansiya fəaliyyət göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə səfər edərkən gördük ki, bütün stansiyalar, məntəqələr məhv edilib, dağıdılıb”, - deyə o əlavə edib.