...

Kamil Zeynallının Azərbaycana qayıdacağı vaxt MƏLUM OLDU

Cəmiyyət Materials 21 Fevral 2024 15:42 (UTC +04:00)
Kamil Zeynallının Azərbaycana qayıdacağı vaxt MƏLUM OLDU
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi və ağır maddələrlə ittiham olunurdu, Rusiya dövləti humanistlik göstərdi.

Trend xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

O qeyd edib ki, Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq.

Qeyd edək ki, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılmışdı. Sosial şəbəkələrdə Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti paylaşılıb.

Sözügedən sənədə əsasən, ittihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunurdu.

Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir:

135-ci maddə (İnsanlığa qarşı cinayətlər):

- 135.1.1. – qətl

- 135.6.1. – işgəncə

135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər.

CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər):

- 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək.

147.1

- Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək.

Maddə 149 (Təcavüz)

- 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi.

Xatırladaq ki, bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb.

Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar.
Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti