Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin inspektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu KOK Peşəkar kəmərinin sahibi olub.
Trend xəbər verir ki, o, fevralın 23-də Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə KOK (king of king’s) turnirində, 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nokautla qalib gələrək KOK Peşəkar kəmərinə sahib çıxıb.
Ümumilikdə isə polis kapitanının peşəkar rinqdə 5 döyüşdə 5 qələbəsi var.
O, qələbələrinin ikisini nokautla qazanıb.