Bakı. Trend:
Ayrı-seçkiliyin, irqçiliyin ən böyük təzahürü ikili standartlardır.
Trend xəbər verir ki, bunu Almaniyadakı Müsəlmanlar Mərkəzi Şurasının Aiman Mazyek "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Müsəlmanlara qarşı ikili standartlar tətbiq edilir. İslamafobiya sanki kimlərəsə sərf edir. Bu, bəşəriyyətə qarşı olan bir addımdır. Ona görə də irqçilik fenomeni adı altında edilənlərə son qoyulmalıdır. İnsan hüquqları hamı üçündür. İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.