...

İctimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub - Anar Rzayev

Cəmiyyət Materials 11 Mart 2024 10:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib.

Trend-in məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, bu səfərlərin 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür.

"Bu səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub", - deyə o, əlavə edib.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə fevral ayında 127,5 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti