...

Azərbaycanda rəqabətli ödəniş ekosistemi formalaşdırılır - AMB

Cəmiyyət Materials 14 Mart 2024 13:43 (UTC +04:00)
Azərbaycanda rəqabətli ödəniş ekosistemi formalaşdırılır - AMB
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabətli ödəniş ekosisteminin formalaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) prioritet strateji vəzifələri sırasındadır.

Trend-in məlumatına görə, bunu AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən "Visa Cashless Forum - Digital Azerbaijan" forumunda deyib.

O qeyd edib ki, ödəniş sektorunda əsas strateji istiqamətlərimizə ödəniş sistemlərinin əlçatanlığının artırılması da daxildir.

“Bu, ödəniş variantları baxımından maliyyə inklüzivliyini genişləndirilməsinə, ödəniş əməliyyatlarının təhlükəsizliyinin artırılmasına və adekvat tənzimləyici baza yaratmağa imkan verəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, “Visa Cashless Forum” Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa bazarlarına təsir edən əsas Viza tədbirlərindən biridir. Forumda rəqəmsal ödənişlər və maliyyə texnologiyaları sahəsində ekspertlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti