...

2023-cü ildə inflyasiyanın 8.8% təşkil etməsi antiinflyasiya tədbirlərinin nəticəsidir - Komitə sədri

Cəmiyyət Materials 15 Mart 2024 12:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə orta illik inflyasiyanın 8.8% təşkil etməsini hökumət və Mərkəzi Bank tərəfindən görülən antiinflyasiya tədbirlərinin, monetar siyasətin müsbət nəticəsi kimi qəbul edirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu il inflyasiya gözləntisinin 2.4% təşkil etməsi cəmiyyətlə qurulan aktiv kommunikasiyanın uğurlu nəticəsi kimi qeyd edilməlidir.

“2023-ci ildə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq, xərclərinin 99.5% səviyyəsində icra olunmasını təqdirə layiq hal hesab edirəm. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi baxımından çox vacibdir. Bu göstərici həm də müvafiq qaydalar çərçivəsində büdcə mexanizmlərinin effektiv işlədiyini deməyə əsas verir”, - deyə T.Mirkişili vurğulayıb.

O qeyd edib ki, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin yığılan vergilərə nisbətinin 5.7% olması yaxşı göstərici sayılır.

“İşğaldan azal olunmuş ərazilərinin yenidən qurulması və bərpası üçün həyata keçirilən işləri yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti