...

Gəncədə türkiyəli tələbələr arasında dava - Xəsarət alan var

Cəmiyyət Materials 30 Mart 2024 10:25 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə türkiyəli tələbələr arasında dava düşüb, xəsarət alan var.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu ali təhsil müəssisəsinin yataqxanasında aralarında yaranmış mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başının arxa hissəsinə mətbəx bıçağı ilə vurub.

Nəticədə A.H.Harun başın arxa nahiyəsinin çapılmış yarası xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti