...

Samuxda narkokuryerlik edən şəxs saxlanılıb

Cəmiyyət Materials 1 Aprel 2024 07:41 (UTC +04:00)
Samuxda narkokuryerlik edən şəxs saxlanılıb

Bakı. Trend:

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə bildirilib ki, tədbirlər nəticəsində ondan 7 kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib. Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Samux Rayon Polis Şöbəsi əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti