...

İşləyən pensiyaçıların pensiyası necə hesablanır? - Nazir AÇIQLADI

Cəmiyyət Materials 2 Aprel 2024 12:47 (UTC +04:00)
İşləyən pensiyaçıların pensiyası necə hesablanır? - Nazir AÇIQLADI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

60 mindən artıq işləyən pensiyaçı var.

Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, işləyən pensiyaçıların 6 ili tamam olduqdan sonra pensiyaları təkrar hesablanır.

"Onlar 6 il işlədikdən sonra topladıqları kapital 72 aya bölünəcək və pensiyaların üzərinə gələcək. Hazırda bununla bağlı elektron proqram hazırlanır.

Cari ildə istifadəyə veriləcək və 6 il tamam olan kimi bu proaktiv qaydada həyata keçiriləcək", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti