...

Gəncədə Özbəkistanın Fəxri Konsulluğu açılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 21 Aprel 2024 11:35 (UTC +04:00)
Gəncədə Özbəkistanın Fəxri Konsulluğu açılıb (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 19-da Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə Özbəkistanın Fəxri Konsulluğunun rəsmi açılış mərasimi olub.

Trend xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı N.Bayramov, Türkiyə və Gürcüstanın Gəncədəki konsulluqlarının rəhbərləri və digər fəxri qonaqlar iştirak ediblər. Tədbir Azərbaycanın bir sıra KİV-lərində geniş işıqlandırılıb.

Konfransda çıxış edənlər bu tədbirin qardaş ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və dərinləşməsi üçün gözəl imkan yaratdığını qeyd ediblər.

Özbəkistanın Azərbaycandakı Fəxri Konsulluğu Özbəkistan vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi prosesində iştirak edir.

Kənan Cəlilov Özbəkistanın Azərbaycandakı fəxri konsulu təyin edilib.

Xəbər lenti

Xəbər lenti