...

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır

Cəmiyyət Materials 22 Aprel 2024 18:17 (UTC +04:00)
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti