...

Bakıda “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib

Cəmiyyət Materials 22 Aprel 2024 19:20 (UTC +04:00)
Bakıda “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və müəllim-şagird heyəti iştirak edib.

Çıxış edənlər – Gülşən Orucova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs edib, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti