...

Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2024 12:29 (UTC +04:00)
Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda azad edilmiş ərazilər üzrə ilk dəfə Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı” (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.

Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti