Bakı. Trend:
Bu gün doğma vətənimə qayıdıram, sevincimin həddi-hüdudu yoxdur.
Bunu Trend-ə Xocalıya dönən sakin Cəmilə Nəsibova deyib.
"Allah Prezidentimizə cansağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə bu sevinci yaşadıb. Xocalıdan çıxanda 11 yaşım var idi, indi 43 yaşım var. Çox kövrək hisslər keçirirəm. Uzun illərin Vətən həsrəti sona çatır və biz artıq bundan sonra həyatımıza doğma torpağımızda davam edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.