...

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2024 17:48 (UTC +04:00)
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

5 iyul Bakı Konqres Mərkəzində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, şagird və valideynlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub. Bildirilib ki, 2023-2024-cü tədris ilində Respublika Fənn Olimpiadalarında 8 fənn və 2 yaş qrupu üzrə ümumilikdə 491 nəfər şagird qalib adına layiq görülüb.

Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti