...

Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıb (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2024 15:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb.

Trend Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti