Bakı.Trend:
Azərbaycan ərazilərinin minalanmasına görə ilk beşlikdədir.
Trend xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə 1,5 milyondan artıq mina var:
"Bu rəqəmin artacağı gözlənilir. Azad olunmuş ərazilərə köçürüləcəyi nəzərdə tutulan 800 min insanaın hər birinə iki mina və partlamamış sursat düşür".
Qeyd edək ki, azad olunan ərazilərdə 12 - 18 avqust tarixlərində 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1048.7 hektar ərazi minalardan təmizlənib.