Bakı.Trend:
Azad olunmuş ərazilərdə 300-dən çox yeraltı su kəhrizi mina və sursatlarla çirkləndirilib.
Trend xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.
Qeyd edək ki, azad olunan ərazilərdə 12 - 18 avqust tarixlərində 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1048.7 hektar ərazi minalardan təmizlənib.