...

Bakıda klassik avtomobillərin yürüşü və sərgisindən yaddaqalan görüntülər (VİDEO)

Cəmiyyət Materials 26 Avqust 2024 10:51 (UTC +04:00)
Bakıda klassik avtomobillərin yürüşü və sərgisindən yaddaqalan görüntülər (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi təşkil edilib.

Trend xəbər verir ki, avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və "Dreamland Golf Club"un təşkilatçılığı, "Nazar Holding"in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib.

1984-cü ilədək istehsal olunan avtomobillər qatıdığı yürüş Dənizkənarı Milli Parkdan start götürüb, şəhərin mərkəzi küçələri ilə davam edib:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti