...

Bugünədək 42 minə yaxın tələbəyə təhsil krediti verilib

Cəmiyyət Materials 16 Sentyabr 2024 16:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə verilən məlumata görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Bildirilib ki, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti