Bakı. Trend:
Ötən il Azərbaycanda ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2 təşkil edib. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 14,8 faiz, gənc qadınların xüsusi çəkisi isə 34,3 faiz olub.
Qeyd edək ki, 2023-cü il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb. Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), ŞirvanSalyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.