...

Əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Cəmiyyət Materials 4 Oktyabr 2024 16:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlarda təqdim edilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi paytaxtın Lökbatan və Sulutəpə qəsəbələri və Sumqayıt şəhərində yaşayan 15 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaq, ortopedik ayaqqabı, əsa, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 32 reabilitasiya vasitəsi təqdim edilib.

Qeyd edək ki, bu il müxtəlif regionlar üzrə 300 nəfərə yaxın əlilliyi olan şəxsə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti