Bakı. Trend:
Yelo Bank-ın dəstəyi, “Mastercard Worldwide” beynəlxalq ödəniş
sisteminin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə "Customer Tech
Conference" tədbiri keçirildi. Tədbir Azərbaycanın aparıcı
banklarının 70-dən çox nümayəndəsini bir araya gətirərək, maliyyə
sahəsindəki ən son tendensiyaları, texnoloji irəliləyişləri və bank
gələcəyini formalaşdıran innovasiyaları müzakirə etdi. Yelo Bank-ın
baş ofisində keçirilən konfrans iştirakçılar üçün sürətlə inkişaf
edən maliyyə ekosisteminin problemlərinin həllini araşdırmaq və
fikir mübadiləsi aparmaq üçün unikal platforma rolunu oynayır.
Budəfəki konfransın gündəmdə olan mövzuları 2025-ci ilin ikinci
rübü üçün gözlənilən yeniliklər, kibertəhlükəsizliyin
artırılmasında süni intellektin rolu və Mastercard-ın
kriptovalyutalar dünyasındakı irəliləyişləri haqqında idi.
Xatırladaq ki, ötən ilin may ayında ölkəmizdə ilk dəfə keçirilən
"Customer Tech Conference" tədbirinə də Yelo Bank ev sahibliyi
etmişdi.
Yelo Bank olaraq, maliyyə sahəsində innovasiyaların dəstəklənməsinə
və beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsinə önəm veririk. Bu
kimi tədbirlər yeni texnologiyaları tanımaq, trendləri izləmək və
sektorun iştirakçıları arasında faydalı əlaqələr qurmaq üçün
əvəzsiz imkandır. Gələcəkdə də belə təşəbbüslərə dəstək olmaqdan
məmnunluq duyacağıq.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə
suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi (FOTO)
Foto: Yelo Bank