...

Ötən il prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb - Kamran Əliyev

Cəmiyyət Materials 27 Yanvar 2025 11:32 (UTC +04:00)
Ötən il prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb - Kamran Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.

Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4097 təqdimat verilib, 626 xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti