...

Avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır

Cəmiyyət Materials 29 Yanvar 2025 12:00 (UTC +04:00)
Avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir. Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır.

Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.

Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti