Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Babək-Şahbuz-Kəngərli 3 saylı Seçki Dairəsinin 3-60 saylı Seçki Məntəqəsində məhkumlar sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.
Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.
“Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin olunur.
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər”, - məlumatda qeyd olunub.