Bakı. Trend:
Azərbaycanda ilkin səhiyyə xidmətində kadrların sayında və keyfiyyətində problemlər var.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, ilkin səhiyyə xidmətində kadr ehtiyatı sahəsində 40 faiz say çatışmazlığı var:
“Bölgələrdə bu göstərici 45-50 faizə qalxır. Bizim ailə həkimimiz yoxdur. Bu sahədə xidmət göstərmək istəyənlərə müəyyən təlimlər keçirilməlidir”.
İsa Əliyev qeyd edib ki, maddi-texniki baza ilə bağlı da ciddi araşdırmalar aparılıb.
“3000-dən çox tibb məntəqəsi müəyyənləşib. Onlar haqqında məlumatlar toplanıb. Onlara planlı şəkildə investisiya qoyulacaq”, - İ.Əliyev qeyd edib.