...

Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 31 Yanvar 2025 11:17 (UTC +04:00)
Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 7-də, saat 10:00-da Zərdab rayon prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zərdab rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti