...

Ermənistan 30 ildən çoxdur əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi haqda məlumatları verməkdən boyun qaçırır - Ombudsman

Cəmiyyət Materials 6 Fevral 2025 11:30 (UTC +04:00)
Ermənistan 30 ildən çoxdur əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi haqda məlumatları verməkdən boyun qaçırır - Ombudsman
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib.

Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bugünədək 170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir.

“Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir”, – deyə, Səbinə Əliyeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti