Bakı. Trend:
"Şahdəniz"lə bağlı yeni layihəmiz dizel və qazın ölçülməsinə və ətraf mühitə emissiyanın azalmasına səbəb olacaq.
Trend xəbər verir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev IADC Drilling Caspian 2025 konfransı və sərgisinin ikinci günündə deyib.
Azərbaycanda əsas platformalardan birinin "Şahdəniz" kompressoru olduğunu xatırladan SOCAR rəsmisi onunla bağlı yeni layihənin nəzərdən keçirildiyini vurğulayıb:
"Bu, dizel və qazın ölçülməsinə və ətraf mühitə emissiyanın azalmasına səbəb olacaq.
Paralel olaraq, “Şahdəniz” yatağındakı bütün digər aktivlərə diskretin genişləndirilməsi layihələri həyata keçiriləcək".