...

DİN hərəkət iştirakçılarına müraciət edib

Cəmiyyət Materials 25 Fevral 2025 03:19 (UTC +04:00)
DİN hərəkət iştirakçılarına müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

“Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti