...

Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb (ÖZƏL)

Cəmiyyət Materials 27 Fevral 2025 09:20 (UTC +04:00)
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb (ÖZƏL)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.

Məlumatlı mənbənin Trend-ə verdiyi xəbərə görə, Ş.Bəylərqızı ona qarşı irəli sürülən bir çox ittihamı qəbul edib.

Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa da razı olub.

Mənbə bildirib ki, bütün bunlar nəzərə alınaraq Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti