...

Axtarışda olan şəxs maşının baqajında ölkədən qaçmaq istəyərkən tutuldu (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2025 15:55 (UTC +04:00)
Axtarışda olan şəxs maşının baqajında ölkədən qaçmaq istəyərkən tutuldu (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti