Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görür.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumatda bildirilir ki, ADY yenidən kəskinləşən hava şəraiti və aramsız qar yağması ilə əlaqədar olaraq, dəmiryol stansiya, vağzal və dayanacaqlarında intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.
Sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, xüsusi örtüklü cığırlar salınır.
Sərnişinlərdən hərəkət zamanı ehtiyatlı olmaları xahiş olunub.