...

Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalıblar - HESABAT

Cəmiyyət Materials 3 Mart 2025 10:35 (UTC +04:00)
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalıblar - HESABAT
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri, habelə birinci instansiya məhkəmələrinin qərar və qərardadlarından elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindən istifadə etməyə məcbur qaldıqları bildirilib.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bəzi hallarda “elektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına səbəb olub:

“Qeyd olunan çətinliklər nəzərə alınaraq, vətəndaşların “elektron məhkəmə” sistemindən istifadəsinin imperativ qaydada deyil, seçim imkanı müəyyən edilməklə tətbiqi məqsədəmüvafiqdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti