...

Bu əmələ görə tətbiq edilən 100 manat cərimənin artırılması təklif olunur

Cəmiyyət Materials 3 Mart 2025 10:29 (UTC +04:00)
Bu əmələ görə tətbiq edilən 100 manat cərimənin artırılması təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildən yayınma halları ilə mübarizə sahəsində zəruri addımların atılması, məktəb yaşlı uşaqların təhsilə cəlb olunmasında qurumlararası koordinasiyanın gücləndirilməsi vacibdir.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, təhsil müəssisələrində psixoloji zorakılığın ağır nəticələrə səbəb ola biləcəyini, habelə təhsildən yayınma hallarının erkən evliliyə, məcburi əməyə və digər hüquq pozuntuları ilə nəticələnə biləcəyini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsində təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərə və vəzifəli şəxslərə münasibətdə nəzərdə tutulmuş sanksiyaların sərtləşdirilməsi təklif edilir:

“Bundan başqa həmin maddənin dispozisiyasında qeyd olunan əməllərin məzmunu nəzərə alınaraq, 181.0.1, 181.0.2 və 181.0.3-ci yarımbəndlərin ayrıca bir maddədə komplektləşdirilməsi də məqsədəmüvafiqdir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti