...

Vəkil Adəm Məmmədov həbs edilib

Cəmiyyət Materials 5 Mart 2025 14:19 (UTC +04:00)
Vəkil Adəm Məmmədov həbs edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vəkil Adəm Məmmədov həbs edilib.

Trend xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarılıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti