...

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil olub

Cəmiyyət Materials 6 Mart 2025 11:30 (UTC +04:00)
Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.

Trend xəbər verir ki, hesabatın parlamentin növbəti həftə ərzində keçiriləcək plenar iclasında təqdim edilməsi gözlənilir.

Hesabatda hökumətin ötən il ərzində gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alacaq.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti barədə hesabat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti