Bakı. Trend:
2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb.
"Bu rekord nəticə gələcək illərdə həm ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək.
Qeyd edim ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb", - deyə nazir əlavə edib.