...

Ötən il nikahların sayı azalıb, boşanmaların isə səviyyəsi dəyişməyib

Cəmiyyət Materials 14 Mart 2025 11:02 (UTC +04:00)
Ötən il nikahların sayı azalıb, boşanmaların isə səviyyəsi dəyişməyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102,3 min doğulan körpə qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 %, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 % təşkil edib. Doğulanlardan 3 386-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm olub.

Hesabat ilində ölkədə 58,8 min ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49.5 min nikaha daxilolma və 21.4 min boşanma halları qeydə alınıb. 2023-cü illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti