...

Ötən il “Azərişıq” ölkə üzrə 19,9 mlrd. kVts elektrik enerjisi istehlaka verib

Cəmiyyət Materials 14 Mart 2025 11:06 (UTC +04:00)
Ötən il “Azərişıq” ölkə üzrə 19,9 mlrd. kVts elektrik enerjisi istehlaka verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə “Azərişıq” ASC tərəfindən ölkə üzrə 19,9 mlrd. kVts elektrik enerjisi istehlaka verilib, itkilər 8,5 % həcmində olub. İstehlaka verilmiş elektrik enerjisinə görə yığım səviyyəsi ilin əvvəlindən 97,6 % təşkil edib. Cəmiyyətin balansına verilmiş Külək Elektrik Stansiyalarında il ərzində 38,5 mln. kVts elektrik enerjisi istehsal edilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, “Azərişıq” ASC tərəfindən 2024-cü ildə ümumilikdə müxtəlif gərginlikli 4281,1 km kabel və hava xətləri çəkilib.

Hesabat ilində də “Azərişıq” ASC üzrə istehlakçıların sayı artaraq 2984 min təşkil edib ki, bundan 2794.8 mini əhali istehlakçıları, 189,2 mini isə qeyri-əhali istehlakçıları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti