...

Ötən il MSN 781,8 milyon manat məbləğində məhsul istehsal edib

Cəmiyyət Materials 14 Mart 2025 11:07 (UTC +04:00)
Ötən il MSN 781,8 milyon manat məbləğində məhsul istehsal edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 mln. manat məbləğində məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ille müqayisədə 14,7 % çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, hesabat ilində Nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə Nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti