Bakı. Trend:
2024-cü il ərzində Kolumbiyadan 1, Rusiyadan 36, Gürcüstandan 7, Polşadan 1, Almaniyadan 2, Qazaxıstandan 2, Macarıstandan 1, Belarusdan 1 şəxs olmaqla, ümumilikdə 51 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, hesabat dövründə həmçinin Omana 1, Rusiyaya 4, Özbəkistana 9, Tacikistana 2, Qazaxıstana 3, Türkmənistana 1, Pakistana 2, İrana 1, Türkiyəyə 3, Lüksemburqa 1, Rumıniyaya 1, Gürcüstana 1, Avstriyaya 1 və Almaniyaya 1 nəfər olmaqla, cəmi 31 şəxsin Azərbaycan Respublikasından ekstradisiyası təmin olunub.