Bakı. Trend:
Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 3,6 min nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan olunan 5,6 min nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 181 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü il ərzində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 5 nəfər Azərbaycan vətəndaşı ölkə ərazisinə gələrkən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqanlara təhvil verilib.
Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənədlərlə) 6 550 nəfər barəsində müvafiq qərarlar qəbul edilib.